Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin əməkdaşı Ədliyyə Akademiyasının təlimində iştirak edib

Milli Arxiv İdarəsinin İnsan resursları və hüquqi təminat sektorunda baş məsləhətçi-hüquqşünas vəzifəsində çalışan Mahmudova Fatimə Azər qızı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən təşkil edilən "Əmək qanunvericiliyinin praktiki məsələləri" adlı ixtisasartırma təlimində iştirak edərək, sözügedən təlimi müvəffəqiyyətlə başa vurub.

Cari ildə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə mütəmadi xarakterli ixtisasartırma təlimləri keçirilib.  Sözügedən təlimlərdə iştirakçılar üçün “Normayaratma fəaliyyəti”, “İnzibati icraat qanunvericiliyi”, “Əmək qanunvericiliyinin praktiki məsələləri” mövzularında mühazirələr və praktiki bacarıqların artırılması məqsədilə interaktiv müzakirələr, real hüquqi situasiyaların təhlili və təcrübə mübadiləsi sessiyaları təşkil edilib.

Təlimlərin sonunda iştirakçılara müvafiq şəhadətnamələr təqdim olunub.


Bugün: 703
Dünən: 1271
Bu həftə: 703
Son həftə: 5927
Bu Ay: 26157
Son Ay: 43519
Bu İl: 483376
Ümumi: 2177301
2177301