Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

8 Noyabr - Zəfər Günü münasibətilə Dövlət Arxivində tədqiqatçı-jurnalist Vasif Quliyev ilə görüş keçirilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin 2024-cü ilin İş Planına uyğun olaraq, 8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Arxivində məşhur artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarov haqqında kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyevlə görüş keçirilib.

Görüşdə “Mehmandarovlar” kitabının müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev, əməkdar jurnalist Elşən Əliyev, xalq artisti Eldost Bayram, Dövlət Arxivinin direktor müavini Səyyarə Hacıyevanın rəhbərliyi ilə arxivin kollektivi, o cümlədən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri iştirak edirdilər.

Arxivin direktor müavini Səyyarə Hacıyeva çıxış edərək görkəmli hərbçi Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti haqqında məlumat verib.

“Mehmandarovlar” kitabının müəllifi Vasif Quliyev apardığı arxiv araşdırmaları haqqında danışıb.

Əməkdar jurnalist Elşən Əliyev kitabın əhəmiyyəti və onun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində oynadığı roldan bəhs edib.

Xalq artisti Eldost Bayram kitabdan parçalar səsləndirib.

Tədbir iştirakçılarına Vasif Quliyevin Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Şuşa qalası” broşürlər seriyası hədiyyə edilib.

 


Bugün: 622
Dünən: 2086
Bu həftə: 6402
Son həftə: 15125
Bu Ay: 44218
Son Ay: 48609
Bu İl: 300205
Ümumi: 1994130
1994130