Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Arxivinin 105 illiyi çərçivəsində Ağstafa Rayon Dövlət Arxivində ekskursiya təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Ağstafa Rayon Dövlət Arxivinin 2025 - ci ilin İş planına uyğun olaraq, Azərbaycan Arxivinin 105 illiyi çərçivəsində arxivdə rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin, təhsil ocaqlarının müəllim, tələbə və şagirdlərinin iştirakı ilə “Açıq qapı” günlərinin, ekskursiyaların keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağstafa Rayon Dövlət Arxivinin, Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə rayonun fəal gənclərinin Ağstafa Rayon Dövlət Arxivinə ekskursiyası təşkil edilib. 

Ağstafa Gənclər Evinin müəssisə direktoru Nicat Vəkilovun rəhbərliyi altında gənclər Ağstafa Rayon Dövlət Arxivinin fəaliyyəti ilə əyani şəkildə tanış oldular. 

Arxivin müdiri Pərvin Hacıyev gənclərə dövlət arxiv xidməti təşkilatlarının fəaliyyəti, arxivlərin dövlət idarəçiliyində rolu, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat verildi.

Görüş açıq diskussiya şəraitində davam etdirilib.


Bugün: 657
Dünən: 1246
Bu həftə: 8080
Son həftə: 12011
Bu Ay: 44412
Son Ay: 56606
Bu İl: 357005
Ümumi: 2050930
2050930