Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən kino sənəd daimi saxlanılmaq məqsədi ilə DKFSA təhvil verilib.

 

 

prezident1     

Ümumi xronometrajı 5 saat 8 dəqiqə olan kino sənədlər Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin birinci, ikinci, üçüncü rübündə Nazirlər Kabinetində keçirilmiş iclasları əks etdirir. Eyni zamanda kino sənədlər qəbul edilmiş Dövlət Proqramlarının icra olunmasını, qeyri-neft sektorunun inkişafını, ölkənin xaricə məhsul ixracının vəziyyətini, müasir istehsal sahələrinin yaradılmasını, infrastruktur təminatının yaxşılaşdırılması yönündə görülən işləri, kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlıq obyektlərinə dövlət qayğısını, ölkənin ərzaq məhsulları ilə təminatını, əhalinin məşğulluğunu, turizm sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bir sıra vacib məsələrin müzakirəsini özündə əks etdirir.

   Hal-hazırda qəbul olunmuş kino sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.


Bugün: 440
Dünən: 818
Bu həftə: 5441
Son həftə: 5927
Bu Ay: 30895
Son Ay: 43519
Bu İl: 488114
Ümumi: 2182039
2182039