16 Oktyabr 2024 08:38 XƏBƏRLƏR Baxış sayı : 1038
Azərbaycan SSR Xalq artistləri Məhəmməd Bürcəliyev və Sədayə Mustafayevanın şəxsi mənşəli sənədləri onların oğlu, hazırda Gəncə Dövlət Dram Teatrında çalışan, teatrşünas-tənqidçi Anar Ərtoğrul Bürcəliyev tərəfindən Dövlət Arxivinin Gəncə filialına daimi mühafizə üçün təhvil verilib. Sözügedən sənədlər adıçəkilən xalq artistlərinin həyat və fəaliyyətinə həsr olunmuş məqalələr, resenziyalar, oçerk və müsahibələr, kitablar, o cümlədən fəxri fərmanlar, təltiflər və digər sənədlərdən ibarətdir.
Qeyd edilən sənədlər Dövlət Arxivinin Gəncə filialında Məhəmməd Bürcəliyevin şəxsi mənşəli sənədlərinin qorunduğu 18 nömrəli fonda qəbul edilib.


.jpeg)
| Bugün: | 416 |
| Dünən: | 1244 |
| Bu həftə: | 9083 |
| Son həftə: | 12011 |
| Bu Ay: | 45415 |
| Son Ay: | 56606 |
| Bu İl: | 358008 |
| Ümumi: | 2051933 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az