10 Avqust 2026 10:37 XƏBƏRLƏR Baxış sayı : 93
Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Azərbaycan Xalq Cümhuriyyətinin ictimai və siyasi xadimlərindən biri olan Abdulla bəy Sübhanverdixanov haqqında arxiv materialları əsasında hazırladığı ““Müəllim, diplomat, tarixçi, ədib...” adlı məqaləsi “Kaspi” qəzetinin 01 avqust 2026-cı il tarixli, 28 (4279) sayında, o cümlədən eyniadlı qəzetin elektron resurslarında dərc edilib.
Yazıçı, maarif xadimi, etnoqraf, folklorşünas Abdulla bəy Sübhanverdixanov AXC dövründə Xarici işlər nazirinin katibi vəzifəsində fəaliyyət göstərib. O, Azərbaycan mədəniyyətinin ən görkəmli simalarından biri kimi tariximizdə layiqli yerini tutur.
Dövrünün tanınmış yazıçısı, maarifçi, etnoqraf və folklorşünas, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ictimai-siyasi xadimlərindən biri olan Abdulla bəy Sübhanverdixanov 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olub. O, ibtidai təhsilini Qazaxda alıb. Daha sonra isə təhsilini 1898-1903-cü illərdə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi sayılan Qori Müəllimlər Seminariyasında davam etdirib.
Abdulla Sübhanverdixanov 1903-cü ildə seminariyanı bitirdikdən sonra Batumi və Bakının ibtidai məktəblərində müəllim kimi fəaliyyət göstərib. O, 1905-ci ildə Bakıda altı sinifli şəhər məktəbinə müəllim təyin edilir. Bəzi məlumatlara görə, Abdulla bəy 1905-ci ildə Bakıda rus-tatar məktəblərində, həmçinin “Nəşr-maarif” və “Nicat” cəmiyyətlərinin nəzdində fəaliyyət göstərən altı sinifli şəhər məktəblərində yoxsul ailələrin uşaqlarına dərs deyib.
Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

| Bugün: | 1041 |
| Dünən: | 1234 |
| Bu həftə: | 1041 |
| Son həftə: | 10917 |
| Bu Ay: | 14879 |
| Son Ay: | 52648 |
| Bu İl: | 380120 |
| Ümumi: | 2074045 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az