Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış və Xalq şairi Səməd Vurğunun - 120 illiyinə həsr olunmuş "Vurğunu da sal yada..." adlı videoxülasə istifadəçilərin ixtiyarına verilib

Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış və Səməd Vurğunun - 120 illyinə həsr olunmuş “Vurğunu da sal yada..." adlı videoxülasə istifadəçilərin ixtiyarına verilib.

Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fevral tarixli Sərəncamını əldə rəhbər tutaraq, Dövlət Səs Yazıları Arxivi öz fondlarında daimi mühafizə etdiyi arxiv sənədləri, fono və video materialları əsasında dahi ustadın həyat və fəaliyyəti haqqında videoxülasəni istifadəçilərin ixtiyarına verib.

Videoxülasədə Səməd Vurğunun öz dilindən səslənən əsərlər, həmçinin Azərbaycanın görkəmli ictima-siyasi xadimlərinin, xalq şairi və yazıçılarının Səməd Vurğun haqqında fikirlərini əks etdirən səs yazıları və görürüntülər yer alıb.

Videoxülasə Dövlət Səs Yazıları Arxivinin şöbə müdiri Aysel Məcidova tərəfindən səsləndirilib.

Videoxülasə ilə Milli Arxiv İdarəsinin YouTube səhifəsindən və ya BURADAN tanış ola bilərsiniz. 


Bugün: 803
Dünən: 1170
Bu həftə: 5960
Son həftə: 13314
Bu Ay: 43921
Son Ay: 52648
Bu İl: 409162
Ümumi: 2103087
2103087