Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivinə şagirdlərin ekskursiyası təşkil olunmuşdur

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Elm və Texnika Sənədləri Arxivinin 2022-ci ilin İş planına uyğun olaraq  Bakı şəhəri Yasamal rayonu İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin 22 aprel 2022-ci il tarixində  arxivə ekskursiyası təşkil  olunmuşdur.

Ekskursiyada ARDETSA-nın Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri  Səadət Cabbarova şagirdlər  qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir. Mərkəzi Laboratoriyanın direktoru Rəfiqə Korenkova arxiv sənədlərin bərpası, cildlənməsi və s. haqqında şagirdləri maraqlandıran sualları cavablandırmış və iş prosesini praktiki olaraq nümayiş etdirmişdir. 

           Daha sonra şagirdlər  arxivdə sənədlərin mühafizə şəraiti ilə  əyani tanış olmuşdurlar. 

 

 


Bugün: 1619
Dünən: 1714
Bu həftə: 1619
Son həftə: 12493
Bu Ay: 24310
Son Ay: 48609
Bu İl: 280297
Ümumi: 1974222
1974222