Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Dövlət Arxivi və Dövlət Kino-Foto Sənədləri Arxivi diplomlarla mükafatlandırılmışdır

    2020-ci ildə faşizm üzərində qələbənin 75 illiyinin qeyd edilməsi məqsədilə Azərbaycan Respubikasında, həmçinin MDB ölkələrində və digər xarici ölkələrdə müxtəlif tədbirlər həyata keçirilmişdir. Tədbirlərlə yanaşı bu mövzuda müxtəlif sərgilər, virtual və onlayn layihələr və s. hazırlanaraq istifadəçilərin ixtiyarına verilmişdir. Azərbaycan arxivləri sözügedən tədbirlərdə fəal iştirak etmiş, Azərbaycan Xalqının 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında göstərdiyi misisilsiz qəhrəmanlıq nümünələrini, igid oğul və qızlarımızın ön və arxa cəbhədə fəaliyyətlərini, qəhrəman neftçilərimizin əməyini əks etdirən arxiv sənədləri müxtəlif sərgilərdə nümayiş olunmuşdur.

     Belə sərgilərdən biri Rusiya Federasiyasında fəaliyyət göstərən “Leninqrad vilayəti Dostluq Evi” tərəfindən həyata keçirilmişdir. “Arxivlər danışır...” devizi altında keçirilən sərgidə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi və Dövlət Kino-Foto Sənədləri Arxivi iştirak etmişdir. Arxivlərimiz tərəfindən təqdim olunmuş sənədlər böyük marağa səbəb olmuşdur.

      Arxivlər danışır...” sərgisində fəal iştirak etdiyinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Dövlət Arxivi və Dövlət Kino-Foto Sənədləri Arxivi təşkilatçı tərəfindən diplomlarla mükafatlandırılmışdır.

 

 

 

 


Bugün: 656
Dünən: 1282
Bu həftə: 1938
Son həftə: 9850
Bu Ay: 48120
Son Ay: 56606
Bu İl: 360713
Ümumi: 2054638
2054638