Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Bakı Avrasiya Kollecində 9 Iyun - Beynəlxalq Arxivlər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin, İdarənin tabeliyində fəaliyyət göstərən Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin, Bakı Avrasiya Kollecinin birgə təşkilatçılığı ilə adıçəkilən təhsil ocağında “9 İyun-Beynəlxalq Arxivlər Günü”nə həsr edilmiş maarifləndirici tədbir keçirilib.

Tədbiri açıq elan edən Bakı Avrasiya Kollecinin Ümumtəhsil və Humanitar Fənn Birləşmə Komissiyasının sədri Samirə İsmayılova sözügedən tədbirin əhəmiyyəti və mövzunun aktuallığı haqqında məlumat verdi.

Tədbirdə arxiv işinin əhəmiyyəti, arxiv sənədlərinin mədəni irs nümunəsi kimi gələcək nəsillərə ötürülməsi, o cümlədən arxiv sənədlərinin özündə əks etdirdiyi tarixi, siyasi, mədəni, iqtisadi və digər sahələri əhatə edən mötəbər faktların ümumilikdə cəmiyyətin və dövlətin inkişafında xüsusi rola malik olduğu qeyd edildi.

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Xatirə Vəliyeva çıxış edərək təmsil etdiyi dövlət arxiv xidməti təşkilatının fəaliyyəti, daimi mühafizə etdiyi arxiv sənədləri haqqında məlumat verdi.

Tədbirdə iştirak edən Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Gülnar Təhməzli və Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri Xatirə Vəliyeva tələbələrin mövzu üzrə suallarını cavablandırdılar.

Sözügedən tədbir tələbələrin aktiv iştirakı ilə açıq diskussiya formatında davam etdirilib.

 


Bugün: 92
Dünən: 2086
Bu həftə: 5872
Son həftə: 15125
Bu Ay: 43688
Son Ay: 48609
Bu İl: 299675
Ümumi: 1993600
1993600