Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Göyçay filialı tərəfindən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində seminar keçirilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Dövlət Arxivi Göyçay filialının 2026-cı il üçün İş Planına, o cümlədən Dövlət Arxivinin Göyçay filialı ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci PHŞ arasında mövcud olan əməkdaşlıq müqaviləsinə uyğun olaraq, filialı tərəfindən adıçəkilən kollecdə tələbə və müəllim heyətinin iştirakı ilə “Milli Arxiv Fondu (MAF) sənədlərinin təşkili və fondlaşdırılması” mövzusunda seminar keçirilib.

Dövlət Arxivinin Göyçay filialının əməkdaşlarının və adıçəkilən kollecin müəllim və tələbələrinin iştirakı ilə keçirilən seminarın əsas məqsədi arxiv sənədlərinin qeydiyyatı, mühafizəsi, istifadəsi işinin təşkili istiqamətində dinləyicilərin maarifləndirilməsi olmuşdur. 

Filialın əməkdaşı Tutu Əliyeva mövzu üzrə məruzə ilə çıxış etdi. Bildirildi ki, arxiv sənədlərinin qorunması yalnız kargüzarlıq fəaliyyətinin bir hissəsi deyil, həm də dövlətçilik tarixinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Seminar interaktiv formada keçirildi, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırıldı.

 


Bugün: 300
Dünən: 1359
Bu həftə: 6477
Son həftə: 12011
Bu Ay: 42809
Son Ay: 56606
Bu İl: 355402
Ümumi: 2049327
2049327