Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialına tələbələrin eksursiyası təşkil edilib

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Lənkəran filialının 2025-ci ilin İş Planına uyğun olaraq Lənkəran Dövlət Universitetinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə qiyabi təhsil alan V kurs tələbələrinin arxivə ekskursiyası təşkil edilib.

Filialının direktoru Camal Babazadə tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında  məlumatlandır.

Daha sonra tələbələr sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edildilər.


Bugün: 1155
Dünən: 1246
Bu həftə: 8578
Son həftə: 12011
Bu Ay: 44910
Son Ay: 56606
Bu İl: 357503
Ümumi: 2051428
2051428