Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialında növbəti ekskursiya təşkil edilib

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Lənkəran filialının 2025-ci ilin İş Planına uyğun olaraq filialın və Lənkəran şəhər Azər Məhərrəmov adına 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil olunub.

09 dekabr 2025-ci il tarixdə adı çəkilən məktəbin direktoru Aynur Məmmədovanın  rəhbərliyi ilə təşkil olunmuş ekskursiyada ARDA Lənkəran filialının direktoru Camal Babazadə şagirdlər qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların  tələbləri haqqında  məlumat verdi.

Daha sonra şagirdlər sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış oldular və  onların sualları cavablandırıldı.

 


Bugün: 64
Dünən: 818
Bu həftə: 5065
Son həftə: 5927
Bu Ay: 30519
Son Ay: 43519
Bu İl: 487738
Ümumi: 2181663
2181663