Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialında tələbələrin növbəti ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Lənkəran filialının 2024-cü ilin İş Planına uyğun olaraq, Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar Texnoloji Kollecin 3-cü kurs tələbələrinin  arxivdə ekskursiyası təşkil olunub.

Filialın direktoru Camal Babazadə tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə  görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı. 

Daha sonra tələbələr sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edilərək onların suallarını cavablandırıldı.


Bugün: 837
Dünən: 1961
Bu həftə: 10788
Son həftə: 15125
Bu Ay: 48604
Son Ay: 48609
Bu İl: 304591
Ümumi: 1998516
1998516