Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şəki filialında filialın son beş illik fəaliyyətinin kompleks yoxlamasının nəticəsinə dair seminar keçirilmişdir.

Dövlət Arxivinin Şəki filialında tədbirlər planına uyğun olaraq Milli Arxiv İdarəsinin  “2018-2022-ci illərin fəaliyyətinin yoxlanılmasının yekunları “haqqında,  2024-cü il üzrə iş planlarının və 2023-cü ilə dair hesabatların hazırlanması barədə seminar keçirilmişdir. Seminarda Dövlət Arxivinin Şəki filialının tabeçiliyindəki   Balakən, Qax,Oğuz və Zaqatala rayon dövlət arxivlərinin müdirləri və əməkdaşları iştirak etmişdir.

Seminarda filialın direktoru E.Məmmədov yoxlamanın nəticələri haqqında kollegiya iclasının qərarı ilə tanış etmiş, mövcud olan nöqsanlar və çatışmamazlıqların aradan qaldırılması barədə, 2024-cü il üzrə iş planlarının və 2023-cü ilə dair hesabatların hazırlanması haqqında  göstərişlər verilmişdir.

Seminarın sonunda Şəki filialının son beş illik fəaliyyətinin kompleks yoxlamasının nəticəsinə dair Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kollegiyasının qərarına əsasən filialın rəhbərliyinə və kollektivinə İdarənin rəhbərliyi tərəfindən təşəkkür elan edilməsi barədə məlumat seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

 


Bugün: 892
Dünən: 1271
Bu həftə: 892
Son həftə: 5927
Bu Ay: 26346
Son Ay: 43519
Bu İl: 483565
Ümumi: 2177490
2177490