Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Şəki filialında xidməti müşavirə keçirilib

2025-ci il üzrə müvafiq hesabat sənədlərinin icrası və nəticələri, o cümlədən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin maliyyələşməsinin mərkəzləşdirilmiş xərclərə aid edilməsi məsələləri barəsində Dövlət Arxivinin Şəki filialında xidməti müşavirə keçirilib.

Qax, Balakən, Zaqatala və Oğuz rayon dövlət arxivlərinin müdirlərinin, həmçinin filial əməkdaşlarının iştirakı ilə keçirilmiş müşavirədə filial direktoru Ehtiram Məmmədov gündəlikdə duran məsələlər, həmçinin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Fərmanının icrası ilə bağlı Milli Arxiv İdarəsinin təlimatlarını iştirakçıların diqqətinə çatdırıb, cari məsələlər müzakirə edilib.  

 


Bugün: 293
Dünən: 1359
Bu həftə: 6470
Son həftə: 12011
Bu Ay: 42802
Son Ay: 56606
Bu İl: 355395
Ümumi: 2049320
2049320