Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Salyan filialında “Açıq Qapı Günü” keçirilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Salyan filialının 2024-cü ilin İş Planına uyğun olaraq, 9 iyun Beynəlxalq Arxivlər Gününə həsr  edilmiş növbəti “Açıq Qapı Günü” keçirilib. Bu tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan Regional Filialının əməkdaşları iştirak ediblər.   

Filialın direktoru Səkinə Məlikova tədbir iştirakçılarını arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə  görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı.

Daha sonra iştirakçılar sənədlərlə yaxından tanış edilərək onların sualları cavablandırıldı.


Bugün: 1027
Dünən: 1961
Bu həftə: 10978
Son həftə: 15125
Bu Ay: 48794
Son Ay: 48609
Bu İl: 304781
Ümumi: 1998706
1998706