Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Elm və Texnika Sənədləri Arxivinə şagirdlərin ekskursiyası təşkil edilib

         Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Elm və Texnika Sənədləri Arxivinin 2025-ci ilin İş Planına uyğun olaraq Bakı şəhəri Yasamal rayonu İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin adıçəkilən arxivə ekskursiyası təşkil olunub.

            Ekskursiyada ARDETSA-nın Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri Səadət Cabbarova ilə yanaşı şöbənin aparıcı mütəxəssis arxeoqrafı Nəbiyeva Günel və arxeoqraf Rəna Namazova şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat veriblər.  


Bugün: 180
Dünən: 818
Bu həftə: 5181
Son həftə: 5927
Bu Ay: 30635
Son Ay: 43519
Bu İl: 487854
Ümumi: 2181779
2181779