Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Elm və Texnika Sənədləri Arxivində şagirdlərin ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Elm və Texnika Sənədləri Arxivinin 2024-cü ilin İş Planına uyğun olaraq, Bakı şəhəri Yasamal rayonu İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin arxivə ekskursiyası təşkil olunub.

Dövlət Elm və Texnika Sənədləri Arxivinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri Səadət Cabbarova və həmin şöbənin aparıcı arxeoqrafı Günel Nəbiyeva və arxeoqraf Rəna Namazova tərəfindən ekskursiyada iştirak edən şagirdlər arxivin əsas fəaliyyət istiqamətləri, həmçinin sənədlərin dövlət mühafizəsinə qəbulu, istifadəsi, rəqəmsallaşdırılması haqqında ətraflı məlumat ilə tanış ediliblər.    

Sənədlərin surətlərinin çıxarılması, bərpası və cildlənməsi üzrə Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə yaxından tanış olan şagirdlər burada sənədlərin bərpa olunması prosesini izləyib, onları maraqlandıran suallar cavablandırılıb.


Bugün: 600
Dünən: 1244
Bu həftə: 9267
Son həftə: 12011
Bu Ay: 45599
Son Ay: 56606
Bu İl: 358192
Ümumi: 2052117
2052117