Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Tarix Arxivinin şöbə müdiri Rövşən Həsənlinin “İrəvan və Sərdarabad qalalarının işğalı arxiv sənədlərində” sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Dövlət Tarix Arxivinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri Rövşən Həsənlinin (Yerfi)  “İrəvan və Sərdarabad qalalarının işğalı arxiv sənədlərində” sərlövhəli məqaləsi 525-ci qəzetin 15 may 2026-cı il tarixli, 18 (6788) nömrəli sayında, eyni zamanda adıçəkilən qəzetin elektron resurslarında dərc edilib.

Müəllifin arxiv sənəd və materialları əsasında hazırladığı sözügedən məqalə Qərbi Azərbaycan mövzusu üzrə aktual olan və azərbaycanlıların qədim dədə-baba torpaqları və məskənləri olmuş İrəvan və Sərdarabad qalalarının Çar Rusiyası tərəfindən işğalına etibarlı mənbələr əsasında işıq tutur.

Məqalə ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 1229
Dünən: 1679
Bu həftə: 4398
Son həftə: 8778
Bu Ay: 11751
Son Ay: 48459
Bu İl: 425451
Ümumi: 2119376
2119376