Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivi Gəncə filialında plan və hesabatların müzakirəsi ilə bağlı iclas keçirilmişdir.

İclasda Daşkəsən, Samux, Naftalan, Göygöl, Goranboy rayon dövlət arxivlərinin müdirləri və Dövlət Arxivinin Gəncə filialının əməkdaşları iştirak etmişlər.  Filialın direktoru cari ilin oktyabr ayının  5-də Milli Arxiv İdarəsində keçirilmiş müşavirədə qaldırılan məsələlərlə əlaqədar iştirakçılara məlumat vermiş və qarşıya qoyulmuş tapşırıqlarla onları tanış etmişdir.

Yığıncağda həmçinin 2018-ci ilin doqquz ayının yekunu və 2019-cu il üçün iş planları müzakirə olunmuşdur.

              Yığıncağın sonunda Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları”, “Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) Təhsil siyasəti” kitabları rayon dövlət arxivlərinin müdirlərinə təqdim edilmişdir.


Bugün: 409
Dünən: 680
Bu həftə: 409
Son həftə: 5681
Bu Ay: 31544
Son Ay: 43519
Bu İl: 488763
Ümumi: 2182688
2182688