Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Gəncə filialına tələbələrin ekskursiyası təşkil olunmuşdur

         Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Gəncə filialının 2021-ci ilin İş planına uyğun olaraq  filialın və Gəncə şəhər 2 nömrəli Peşə məktəbinin birgə  təşkilatçılığı ilə tələbələrin filiala ekskursiyası təşkil  olunmuşdur.

       Ekskursiyada ARDA Gəncə filialının  direktoru Eleonora Süleymanova tələbələr  qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri o cümlədən  filialın əhatə etdiyi  Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

             Daha sonra tələbələr  arxivdə sənədlərin mühafizə şəraiti ilə  əyani tanış edilmiş, onları maraqlandıran sualları cavablandırılmışdır.

 

 


Bugün: 1542
Dünən: 1714
Bu həftə: 1542
Son həftə: 12493
Bu Ay: 24233
Son Ay: 48609
Bu İl: 280220
Ümumi: 1974145
1974145