Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Lənkəran filialında ekskursiya təşkil olunmuşdur

         Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Lənkəran filialının 2021- ci il iş planına uyğun olaraq  filialın və Lənkəran şəhər S. Kazımbəyov adına 6  № li məktəb-liseyin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin filiala ekskursiyası təşkil edilmişdir.

            16 noyabr 2021-ci il tarixində  adıçəkilən məktəb-liseyin direktoru Akif Xalıqovun və  tarix müəllimi Zamin Baxşıyevin rəhbərliyi ilə təşkil olunmuş eksursiyada ARDA Lənkəran filialının direktoru Rəfail Rzayev şagirdlər qarşısında çıxış edərək arxivin əsas fəaliyyət istiqamətləri o cümlədən, filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması, elektron xidmətlər  barəsində ətraflı məlumat vermişdir.

           Filialın arxivçisi Afaq Hüseynova arxivdə sənədlərin mühafizə şəraitini əyani olaraq nümayiş etdirmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. 

           Ekskursiya məktəb şagirdlərinin böyük marağına səbəb olmuş və onlarda xoş təəsürat yaratmışdır.

 


Bugün: 1444
Dünən: 1714
Bu həftə: 1444
Son həftə: 12493
Bu Ay: 24135
Son Ay: 48609
Bu İl: 280122
Ümumi: 1974047
1974047