27 Oktyabr 2026 09:05 XƏBƏRLƏR Baxış sayı : 136
Azərbaycan əsilli, dünya şöhrətli fransız fotoqraf Reza Deqati (Rza Diqqəti) Milli Arxiv İdarəsində olub, İdarənin rəisi Əsgər Rəsulov ilə görüşüb. Görüşdə İdarənin, o cümlədən İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatları haqqında fikir mübadiləsi aparılıb, audiovizual arxiv sənədlərinin qorunması müzakirə edilib.
Daha sonra Reza Deqati İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Kino-Foto Sənədləri Arxivində olub, burada kino və fotosənədlərin mühafizə şəraiti və istifadəsi qaydaları ilə əyani tanış olub. Arxivin direktoru Şamxal Əlizadə kino və fotosənədlərin mühafizəxanalarda daimi mühafizə edilməsi üçün tələb olunan texniki parametrlər haqqında qonağa məlumat verib.
| Bugün: | 675 |
| Dünən: | 1048 |
| Bu həftə: | 2505 |
| Son həftə: | 5681 |
| Bu Ay: | 33640 |
| Son Ay: | 43519 |
| Bu İl: | 490859 |
| Ümumi: | 2184784 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az