Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Finlandiyalı qonaqlar Milli Arxiv İdarəsində olublar

Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Mark Kanqaspuro va həmin institutun professoru Dmitri Frolov Milli Arxiv İdarəsində olub, İdarə rəisi Əsgər Rəsulov ilə görüşüblər.  Görüşdə "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq görülən işlər haqqında qarşılıqlı məmnuniyyət bildirildi. 

Görüşdə İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarında, xüsusən Dövlət Tarix Arxivində Azərbaycanda yaşamış və fəaliyyət göstərmiş fin mənşəli şəxslərin həyat və fəaliyyətləri haqqında qiymətli arxiv sənədlərinin mövcudluğu və onların qarşılıqlı istifadəsi haqqında həyata keçirilmiş layihələr haqqında fikir mübadiləsi aparıldı.

Daha sonra qonaqlar Dövlət Tarix Arxivinin, Dövlət Kino-Foto Sənədləri Arxivinin, Oxu zalının fəaliyyəti ilə yaxından tanış oldular.


Bugün: 513
Dünən: 1884
Bu həftə: 4210
Son həftə: 15880
Bu Ay: 28531
Son Ay: 56606
Bu İl: 341124
Ümumi: 2035049
2035049