Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Gender məsələləri üzrə məsul şəxslər üçün “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlim keçirilmişdir

           Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində gender məsələləri üzrə məsul şəxslər üçün “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlim keçirilmişdir.

         25 oktyabr 2022-ci tarixindən start götürən üç günlük təlimdə "Gender (kişi, qadın) bərabərliyinin təminatları haqqında" Qanunun tətbiqi, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin Milli Məclis qarşısında hesabatlılığı, həmçinin gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilməsinin mövcud vəziyyəti müzakirə edilmişdir. Gender məsələləri üzrə məsul şəxslərlə keçirilən seminarın gələcəkdə gender məsələləri ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədini daşıdığı qeyd olunmuşdur.

        Sözügedən tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova təmsil etmişdir.

         Təlimdə “Gender bərabərliyi konsepsiyası və anlayışı”, “Gender bərabərsizliyinin səbəbləri və nəticələri”, “Gender indikatorları və yoxlama alətləri” və digər mövzular üzrə ətraflı məlumatlar əldə olunmuşdur. 

 


Bugün: 499
Dünən: 1145
Bu həftə: 4486
Son həftə: 13314
Bu Ay: 42447
Son Ay: 52648
Bu İl: 407688
Ümumi: 2101613
2101613