Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Kinematoqrafiya xadimlərinə aid olan şəxsi mənşəli 343 saxlama vahidi foto sənəd, daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

 

211 saxlama vahidi foto sənəd əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı kinooperator, kinorejissor Rasim İsmayılovun, 85 saxlama vahidi foto sənəd əməkdar incəsənət xadimi kinooperator Yuri Vornovskinin, 47 saxlama vahidi foto sənəd əməkdar mədəniyyət işçisi, kinooperator Adil Abbasovun yaradıcılıq bioqrafiyasının ayrı-ayrı anlarını əks etdirir.

    Hal-hazırda arxivdə daimi saxlanılmaq məqsədi ilə verilmiş sənədlərin Milli Arxiv Fonduna qəbulu

 rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa müfəssəl məlumat bazası hazırlanır.


Bugün: 440
Dünən: 818
Bu həftə: 5441
Son həftə: 5927
Bu Ay: 30895
Son Ay: 43519
Bu İl: 488114
Ümumi: 2182039
2182039