Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MDB ölkələri üzrə gənc arxivçilərin V Yay Məktəbi təşkil edilmişdir.

 

Qazaxıstan Respublikası Prezident Arxivinin və Rusiya Dövlət Humanitar Universitetinin,  Əl Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin V Yay Məktəbi təşkil edilmişdir. Tədbirin əsas məqsədi  arxivçilərin ixtisaslarının artırılması, yeni texnologiyalarla tanışlıq,  müasir metodların arxiv işinə tətbiqi və arxiv işi sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsidir.

            Cari ilin 15-17 iyun tarixlərində onlayn və oflayn formatda keçirilən V Yay Məktəbi  “Rəqəmsal transformasiya mühitində Milli arxiv qanunvericiliyi” mövzusuna həsr edilmişdir. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Çin, Monqolustan və s. ölkələrdən 350-dən çox arxivçinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva və Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Gültən Eminova təmsil etmişdir. 

            V Yay Məktəbində sözügedən mövzu üzrə məruzəçi qismində Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Çin, Cənubi Koreya və s. ölkələrdən qabaqcıl alimlərin və arxivçilərin çıxışı dinlənilmişdir.  

                               

 


Bugün: 1305
Dünən: 2086
Bu həftə: 7085
Son həftə: 15125
Bu Ay: 44901
Son Ay: 48609
Bu İl: 300888
Ümumi: 1994813
1994813