Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi rəisinin müavini H. Həsənovun “Arxiv işi rəqəmsal transformasiya astanasındadır” sərlövhəli məqaləsi “Azərbaycan” qəzetində dərc edilib

Milli Arxiv İdarəsinin rəisinin müavini Həsən Həsənovun “Arxiv işi rəqəmsal transformasiya astanasındadır” sərlövhəli məqaləsi “Azərbaycan” qəzetinin 9 iyun 2024-cü il tarixli, №121 (9576) saylı buraxılışında dərc edilmişdir. 

Hər bir millət əsrlər boyu formalaşan bir tarixi mirasın sahibidir və onun önəmli hissəsi arxivlərdə qorunur. Beynəlxalq Arxivlər Şurasının qərarı ilə 2007-ci ildən etibarən dünyada hər il 9 iyun Beynəlxalq Arxivlər Günü kimi qeyd edilir. Beynəlxalq Arxivlər Şurası 200-dən artıq dövlətin arxivçilərinin birləşdiyi böyük təşkilat olaraq insanların müharibəsiz yeni dünyaya ümid və inamlarının yarandığı bir dövrdə qurulmuş mötəbər beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi bəşəriyyətin mədəni irsini və keçmişin yaddaşı olan arxiv sənədlərini hər çür zərərli hadisələrdən qorumaqdır. Mümkün texniki, iqtisadi, metodoloji və inzibati resurslardan faydalanmaqla arxiv məlumatlarından insanlığın inkişafı, cəmiyyətlərin tərəqqisi naminə istifadə təmin edilir.

           Məqalənin tam mətni ilə BURADAN (səh.6) tanış ola birərsiniz.


Bugün: 539
Dünən: 680
Bu həftə: 539
Son həftə: 5681
Bu Ay: 31674
Son Ay: 43519
Bu İl: 488893
Ümumi: 2182818
2182818