Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Korrupsiya haqqında tarixi faktlar. Mədəni davranış. İctimai etimad” mövzusuna həsr edilmiş təlim keçirilib

        Milli Arxiv İdarəsinin “Kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2026-cı il üçün illik İş Planı”na uyğun olaraq, İdarədə “Korrupsiya haqqında tarixi faktlar. Mədəni davranış və ictimai etimad” mövzusuna həsr edilmiş təlim keçirilib.

           Təlimdə Milli Arxiv İdarəsi Aparatının inzibati vəzifəli dövlət qulluqçuları, həmçinin dövlət arxiv xidməti təşkilatlarının məsul əməkdaşları iştirak etdilər.

       İdarənin İnsan resursları və hüquqi təminat sektorunun müdiri Təranə Aslanova təlimi açıq elan edərək, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq dövlət qulluğunda idarəçiliyin təkmilləşdirilməsi sahəsində ictimai etimadın və vətəndaş məmnunluğunun aktuallığını qeyd etdi. T.Aslanova “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun prinsipləri əsasında korrupsiya haqqında tarixi faktlar, mədəni davranış və ictimai etimad haqqında məlumat verdi.

          Təlim zamanı iştirakçılar arasında praktiki həll yönümlü komanda, rol oyunları keçirildi. Daha sonra tədbir açıq disskusiya formatında davam etdirildi.

 

 


Bugün: 894
Dünən: 1702
Bu həftə: 11673
Son həftə: 10198
Bu Ay: 21871
Son Ay: 48609
Bu İl: 277858
Ümumi: 1971783
1971783