Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi tərəfindən hazırlanan “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat” Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

 

MAIbina1Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arxiv işi sahəsində müstəqil dövlətə məxsus qanunvericilik aktlarının təkmilləşdirilməsi və yeni normativ hüquqi  aktların hazırlanması istiqamətində daim fəaliyyət göstərir.

       İdarə  rəisinin əmri ilə yaradılan işçi qrupu bu günlərdə müstəqil Azərbaycan dövlətinin arxiv quruculuğu tarixində ilk dəfə olaraq “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın layihəsini hazırlamışdır. Təlimat  Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il  tarixli  05 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən  21 iyun 2017-ci il tarixində 15201706120005 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

        Bu Təlimat dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili, arxiv fondu sənədlərinin mühafizəsi, komplektəşdirilməsi, uçotu, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi qaydalarını müəyyən edən normativ hüquqi sənəddir. 

       Təlimatla BURADAN tanış ola bilərsiniz.


Bugün: 757
Dünən: 680
Bu həftə: 757
Son həftə: 5681
Bu Ay: 31892
Son Ay: 43519
Bu İl: 489111
Ümumi: 2183036
2183036