Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Milli arxiv fondu sənədlərinin elmi-məlumat məqsədilə istifadəsi işinin təşkili” mövzusunda vebinar keçirilmişdir

           29 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “Milli arxiv fondu sənədlərinin elmi-məlumat məqsədilə istifadəsi  işinin təşkili” (istifadənin növləri, sənədlərin aşkarlanması, seçilməsi və s.) mövzusunda vebinar keçirilmişdir. Vebinarda İdarə rəisinin müavini Həsən Həsənov, şöbə müdirləri Cəmilə Abasova, Natiq Eminov, baş məsləhətçi Leyla Quliyeva və dövlət arxivlərinin müvafiq sahəyə məsul olan əməkdaşları iştirak etmişdirlər.

       Tədbiri giriş sözü ilə İdarənin rəis müavini Həsən Həsənov açaraq mövzunun aktuallığı barədə vebinar iştirakçılarına məlumat vermişdir. 

        Daha sonra vebinar İdarənin şöbə müdiri Natiq Eminovun məruzəsi ətrafında davam etdirilmişdir. İdarənin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Leyla Quliyevanın təqdim etdiyi praktiki nümunələr əsasında bu sahədə görülmüş işlər, mövcud problemlər və onların həlli yolları barədə vebinar iştirakçılarının iştirakı ilə fikir mübadiləsi aparılmışdır. 

 

 

 

  


Bugün: 1039
Dünən: 1183
Bu həftə: 1039
Son həftə: 9850
Bu Ay: 47221
Son Ay: 56606
Bu İl: 359814
Ümumi: 2053739
2053739