Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Tanımadığımız Nigar...” adlı məqaləsi mətbuatda dərc edilmişdir

       “Kaspi” qəzetinin 31 iyul 2021-ci il tarixli 31 iyul 2021-ci il tarixli  028 (4028) saylı buraxılışında və www.kaspi.az  saytında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun - “Tanımadığımız Nigar... Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, qadınların təhsilə cəlb edilməsində əzəzsiz xidməti olmuş Nigar xanım  Səfərəli bəy qızı Vəlibəyova haqqında bəzi qeydlər”  adlı məqaləsi dərc edilmişdir. Məqalə arxiv sənəd və materiallarından istifadə edilməklə yazılmışdır. Bu, Respublika miqyasında  yazılmış ilk məqalədir ki, Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin ilk məzunlarından biri olmuş tanınmış maariçi-pedaqoq Səfərəlibəy Vəlibəyovun qızı Nigar xanım Vəlibəyovaya həsr edilmişdir. Məqalədə Nigar xanım Vəlibəyovanın Azərbaycanda savadsızlığın aradan qaldırılmasında, təhsilin geniş yayılması və qadınların təhsilə cəlb olunması  xidmətlərindən bəhs edilir.

         Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 1344
Dünən: 1714
Bu həftə: 1344
Son həftə: 12493
Bu Ay: 24035
Son Ay: 48609
Bu İl: 280022
Ümumi: 1973947
1973947