Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərovun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illiyinə həsr edilmiş məqaləsi "Kaspi" qəzetində dərc edilmişdir.

“Kaspi” qəzetinin  22-24 sentyabr  157 (3530)  və 25 sentyabr  2018-ci il  tarixli  158 (3531) saylı buraxılışlarında Milli  Arxiv  İdarəsinin  Sənədlərin nəşri və istifadəsi şöbənin Baş məsləhətçisi Rafiq  Səfərovun “Azərbaycan xalqının parlament  idarəçiliyi səviyyəsinə yüksəldiyini dünyaya sübut edən Məclisi-Məbusan. Cümhuriyyət Parlamentinin iclaslarında təhsil işinin təşkili və inkişafına dair müzakirəyə çıxarılmış və qəbul edilmiş qanunlara baxış” sərlövhəli  məqaləsi  dərc  edilmişdir.  Azəraycan Respublikası Dövlət Arxivinin müvafiq fondlarında saxlanılan arxiv sənədlərindən, eləcə də Milli Arxiv İdarəsinin elmi-məlumat kitabxanasında saxlanılan tarixi mənbələrdən istifadə etməklə hazırlanmış həmin məqalədə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq onun yüksək işgüzarlıq qabiliyyətindən bəhs edilir. Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.


Bugün: 29
Dünən: 1324
Bu həftə: 4522
Son həftə: 8778
Bu Ay: 11875
Son Ay: 48459
Bu İl: 425575
Ümumi: 2119500
2119500