Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Təhsil tariximizdə izi qalmış pedaqoq” adlı məqaləsi mətbuatda dərc edilmişdir

    “Kaspi” qəzetinin 23 oktyabr 2021-ci il tarixli 040(4040) saylı buraxılışında və www.kaspi. az  saytında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun -“ Təhsil tariximizdə izi qalmış pedaqoq”  adlı məqaləsi dərc edilmişdir.

          Məqalə Azərbaycanda təhsilin yayılmasında, savadsızlığın aradan qaldırılmasında, müsəlman qadınların təhsilə cəlb edilməsində rolu və xidmətləri olmuş, lakin indiyə qədər  heç bir kütləvi nəşrlərdə, o cümlədən ensiklopediyalarda adı çəkilməyən tanınmış pedaqoq Mina xanım Aslanovanın pedaqoji fəaliyyətinə həsr  edilmişdir. Bu məqalə Respublika miqyasında  yazılmış ilk məqalədir ki, Mina xanım Aslanovanın pedaqoji fəaliyyətindən bəhs edilir. Məqalə arxiv sənəd və materiallarından istifadə edilməklə yazılmışdır.

          Məqalənin tam mətni ilə BURADAN, həmçinin sözügedən qəzetin ÇAP versiyasından (səh.14) tanış ola bilərsiniz

 

 


Bugün: 166
Dünən: 1135
Bu həftə: 1301
Son həftə: 5927
Bu Ay: 26755
Son Ay: 43519
Bu İl: 483974
Ümumi: 2177899
2177899