Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Quba Dövlət Sosial-İqtisadi Kollecin tələbələrinin Dövlət Arxivinin Quba filialında açıq dərsi təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivinin Quba filialının 2024-cü ilin İş Planına uyğun olaraq, filialda Quba Dövlət Sosial-İqtisadi Kollecin “Arxiv işi və kargüzarlıq” ixtisası üzrə təhsil alan tələbələri üçün açıq dərs təşkil olunub.

Filialın direktoru Şirin Müzəffərov tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə  görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırdı.

Daha sonra tələbələr sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edilərək onların suallarını cavablandırıldı.


Bugün: 1270
Dünən: 1324
Bu həftə: 5763
Son həftə: 8778
Bu Ay: 13116
Son Ay: 48459
Bu İl: 426816
Ümumi: 2120741
2120741