Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Dövlət Arxivi Quba filialının fəaliyyəti ilə tanış olub

Görüş zamanı filialın direktoru Şirin Müzəffərov cari ildə Azərbaycan Arxivinin 105 illiyinin qeyd edildiyini diqqətə çatdıraraq, filialın tarixi, fəaliyyəti haqqında o cümlədən arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplekləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə görülən işlər haqqında informasiya ilə İlqar Mahmudovu tanış etdi.  

Şirin Müzaffərov arxiv işi sahəsində mövcud olan müvafiq normativ hüquqi aktların  tələbləri haqqında, həmçinin filialın metodiki tabeliyində fəaliyyət göstərən Qusar, Xaçmaz, Şabran və Siyəzən Rayon Dövlət Arxivləri haqqında məlumat verdi.

İlqar Mahmudov sənədlərin mühafizə şəraiti ilə yaxından tanış oldu. Sonda xatirə şəkli çəkdirildi.


Bugün: 57
Dünən: 818
Bu həftə: 5058
Son həftə: 5927
Bu Ay: 30512
Son Ay: 43519
Bu İl: 487731
Ümumi: 2181656
2181656