Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Qusar Rayon Dövlət Arxivində “Açıq qapı” günü keçirilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Qusar Rayon Dövlət Arxivinin 2026-cı ilin İş Planına uyğun olaraq, adıçəkilən arxivdə “Açıq qapı" günü keçirilib.  

Tədbirdə iştirak edən rayon sakinlərinə Qusar Rayon Dövlət Arxivinin müdiri Rüfət Ələsgərov tərəfindən arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə  görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumat verilib.

Daha sonra iştirakçılar rayonun inkişafını özündə əks etdirən ümumi xarakterli sənədlərlə yaxından tanış ediliblər. 


Bugün: 1244
Dünən: 1679
Bu həftə: 4413
Son həftə: 8778
Bu Ay: 11766
Son Ay: 48459
Bu İl: 425466
Ümumi: 2119391
2119391