Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Rusiya Dövlət Hərbi-Dəniz Donanması Arxivinin direktoru Smirnov Valentin Georgiyeviçin Milli Arxiv İdarəsinin rəhbərliyi ilə görüşü keçirilmişdir.

   19 may 2023-cü il tarixində Rusiya Dövlət Hərbi-Dəniz Donanması Arxivinin direktoru Smirnov Valentin Georgiyeviç Milli Arxiv İdarəsində olmuş və İdarənin rəhbərliyi ilə görüşmüşdür.

Direktorun təşəbbüsü ilə keçirilən görüş zamanı İdarənin rəisi Əsgər Rəsulov Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin, o cümlədən arxiv işi sahəsində mövcud əlaqələrin inkişaf etdiyini bildirmişdir.

Görüş zamanı arxivlər arasında əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. 

Qonaq Azərbaycan Respublikasının Dövlət Tarix Arxivini də ziyarət etmiş, gəmiçilik sahəsi üzrə maraqlı arxiv sənədləri ilə tanış olmuşdur. 

                           
                          
                          
                          


Bugün: 959
Dünən: 1271
Bu həftə: 959
Son həftə: 5927
Bu Ay: 26413
Son Ay: 43519
Bu İl: 483632
Ümumi: 2177557
2177557