Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Şəki Dövlət Dram Teatrının sənədləri daimi mühafizə məqsədilə Dövlət Səs Yazıları Arxivinə təhvil verilmişdir

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının 2013-2019-cu illərdə oynanılmış tamaşaları –Səməd Vurğunun “Vaqif”, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”,  Haldun Tanerin “...və dəyirman dönərdi”, Molyerin “Xəstəlik xəstəsi və ya yaşasın teatr”, Hidayət Sayının “Davul səsi” tamaşaları rəqəmsal formatda daimi mühafizə üçün Dövlət Səs Yazıları Arxivinə  təhvil verilmişdir.

           Əsası 1879-cu ildə Rəşid bəy Əfəndiyev tərəfindən qoyulmuş Şəki Dövlət  Dram  Teatrı Nuxa Teatrının  sələfidir.  Sonralar Bakı teatrlarında  fəaliyyət  göstərmiş  görkəmli aktyorlar İsmayıl Osmanlı, Lütfəli  Abdullayev, Yusif Vəliyev və başqalarının ədəbi fəaliyyəti adıçəkilən teatrla bağlı olmuşdur.

 


Bugün: 315
Dünən: 818
Bu həftə: 5316
Son həftə: 5927
Bu Ay: 30770
Son Ay: 43519
Bu İl: 487989
Ümumi: 2181914
2181914