Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xaçmaz Rayon Dövlət Arxivində tələbələrin ekskursiyası təşkil edilib

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Xaçmaz Rayon Dövlət Arxivinin  2024-cü ilin İş Planına uyğun olaraq, Xaçmaz Peşə Liseyinin “Kargüzarlıq” ixtisası üzrə təhsil alan tələbələrinin  arxivdə ekskursiyası təşkil olunub.

Arxivin müdiri Kəmalə Əhmədova tələbələri arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi üzrə  görülən işlər, o cümlədən müvafiq normativ hüquqi aktların tələbləri haqqında məlumatlandırıb.

Daha sonra tələbələr sənədlərin mühafizə şəraiti, mühafizəxanaların iş rejimi ilə yaxından tanış edilərək onların sualları cavablandırılıb.


Bugün: 1348
Dünən: 1324
Bu həftə: 5841
Son həftə: 8778
Bu Ay: 13194
Son Ay: 48459
Bu İl: 426894
Ümumi: 2120819
2120819