Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artisti Bəhram Mansurovun anadan olmasının 110 illiyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

          Muğamların qüsursuz səslənməsində müstəsna məharətə və fitri istedada sahib olan Xalq artisti Bəhram Mansurov klassik Azərbaycan musiqisinin qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olmuş bir nəslin görkəmli nümayəndələrindəndir.

          2021-ci ildə qocaman tarzənin  anadan olmasının 110 illik yubileyi ölkə ictimaiyyəti tərəfindən qeyd olunmaqdadır.

Bu silsilədən olan və S. Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi tərəfindən hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir.

Sərgidə görkəmli tarzənin şəxsi fondunda mühafizə edilən sənədlərdən istifadə olunmuşdur.

Sərgi ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 236
Dünən: 1135
Bu həftə: 1371
Son həftə: 5927
Bu Ay: 26825
Son Ay: 43519
Bu İl: 484044
Ümumi: 2177969
2177969