Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi R. Səfərovun “Rus-tatar qadın məktəbinin tanınmış pedaqoqu” sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Rus-tatar qadın məktəbinin tanınmış pedaqoqu” sərlövhəli məqaləsi “Azərbaycan” qəzetinin 25 yanvar 2024-cü il tarixli, 15 (9470) sayında dərc edilib.           

Müəllifin  arxiv  sənəd və materialları  əsasında yazdığı bu məqalə Azərbaycanın təhsil tarixində müəyyən rolu və xidmətləri olmuş qadın pedaqoqlardan  biri Leyla xanım  Rustəm bəy qızı Sultanova haqqındadır. L.Sultanova Qarabağın qubernatoru təyin edilmiş Xosrov bəy Sultanovun  qardaşı - Rüstəm bəyin qızıdır. Qeyd edilməlidir ki, L. Sultanovanın həyatı və pedoqoji fəaliyyəti haqqında bu araşdırmaya qədər hər hansı mənbədə əsaslı, elmi və ətraflı informasiya mövcud olmamışdır. Adıçəkilən məqalə L. Sultanovanın həyat və fəaliyyətinə həsr olunmuş ilk məqalədir.

Məqalənin tam mətni ilə BURADAN və ya "Azərbaycan" qəzetinin e-versiyası ilə (səh:10) ilə tanış ola bilərsiniz. 

 


Bugün: 877
Dünən: 1135
Bu həftə: 2012
Son həftə: 5927
Bu Ay: 27466
Son Ay: 43519
Bu İl: 484685
Ümumi: 2178610
2178610