08 Fevral 2018 03:30 XƏBƏRLƏR Baxış sayı : 1855
Sənədlər dövlət müstəqilliyi illərində ölkənin energetika sisteminin fəaliyyətini, elektrik enerjisinin istehsalı və ötürülməsini, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarını, yarımstansiyalarını,sistem təşkiledici yüksək gərginlikli elektrik veriliş xətlərini və onların dispetçerlə idarə etmə sistemini əks etdirir.Bununla yanaşı olaraq, foto-kino sənədlərdə AR Prezidenti İlham Əliyevin Göygöldə “Çiçəkli”, İsmayıllı rayonunun Sumağallı kəndində “İsmayıllı-1”, Göyçay şəhərində “Göyçay-1” Su Elektrik Stansiylarının təməlqoyma və açılış mərasimində iştirakını, Sumqayıt Elektrik Stansiyasının, Bakının Nizami rayonu ərazisində modul tipli elektrik stansiyalarının, Naxçıvan Su Elektrik Stansiyasının, Şəki rayonunda modul tipli elektrik stansiyasının, Qəbələ rayonunda “Laza” yarımstansiyasının, Varvara Su Elektrik Stansiyasının, Xaçmaz, Balakən, Füzuli Su Elektriktrik Stansiyalarının, Ağdaş, Salyan yarımstansiyalarının təməlqoyma və açılış mərasimlərində iştirakını əks etdirir.
Hal-hazırda Arxivdə qəbul olunmuş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir və hər bir sənədin məlumat bazası hazırlanır.
Bugün: | 860 |
Dünən: | 817 |
Bu həftə: | 860 |
Son həftə: | 6197 |
Bu Ay: | 6132 |
Son Ay: | 25580 |
Bu İl: | 218950 |
Ümumi: | 1239371 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az