Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi sistemindəki təşkilatların 2019-cu ildə fəaliyyəti haqqında H E S A B A T

Son Yenilənmə : 2021-02-08 00:27:22
Baxış sayı : 2077

Bu hesabat "Açıq hökümətin təşviqinə dair 2020-2022-c illər üçün 

Milli Fəaliyyət Planı"nın tələblərinin icrası məqsədilə dərc edilir.

 

2019-cu ildə Azərbaycan Respublikası dövlət arxiv təşkilatlarının işi Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, ali hakimiyyət orqanlarının tapşırıqlarına, Milli Arxiv İdarəsinin 2019-cu il üzrə arxiv işinin inkişaf planına və dövlət arxivlərinin iş planlarına müvafiq olaraq təşkil edilmişdir.

Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, “Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması haqqında”, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə eddilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”,“Dövlət və bələdiyyə orqanlarında dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanlarından, o cümlədən Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət verilmişdir.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq İdarənin və dövlət arxivlərinin fəaliyyəti təşkil edilmişdir. Hesabat ilinin əvvəlindən “ASAN Xİdmət” mərkəzlərində həyata keçirilən arxiv xidmətlərinin  (arxiv arayışı, arxiv çıxarışı və arxiv sənədlərinin surətlərinin verilməsi) bu xidmət mərkəzlərinin mövcud olduğu inzibati ərazi vahidlərində yalnız sözügedən mərkəzlərdə həyata keçirilməsi təmin edilmişdir.

Arxiv işi ilə bağlı sahibkarların problemlərinin həlli, onların təkrar müraciətlərinə baxılmasını təmin etmək məqsədi ilə İdarənin Apellyasiya Şurasının fəaliyyəti təmin olunmuşdur. Həmçinin, sahibkarlıq subyektlərinin müraciətlərinə daha həssas  yanaşılması barədə  dövlət arxivlərinə mütəmadi tapşırıqlar verilmiş və bu istiqamətdə onların işinə nəzarət olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan tədbirlərin icrası diqqətdə saxlanılmış və arxiv sahəsində göstərilən xidmətlərin tam olaraq elektron hökümət portalına inteqrasiyası təmin edilmişdir.

 Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyun 2012-ci il tarixli, 654 nömrəli Fərmanının icrası məqsədilə Milli Arxiv İdarəsinin Mərkəzi Aparatının, respublika dövlət arxivlərinin, Dövlət Arxivinin filiallarının rəsmi elektron poçt ünvanları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilmiş, milliarxiv.gov.az domenli elektron poçt resurslarının fasiləsiz və aktiv fəaliyyəti təmin edilmiş və İdarə tərəfindən onların işlənməsinə nəzarət təmin olunmuşdur.

Hesabat illində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının qərarları ilə təsdiq edilmiş normativ hüquqi sənədlərin “Normativ hüquqi aktlar haqqında”  Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq zərurət yarandığı hallarda yeni qəbul edilmiş və yaxud dəyişikliklər edilmiş qanunvericilik aktlarına uyğunlaşdırılması təmin edilmişdir.

İdarənin tədbirlər planına uyğun olaraq Dövlət Ədəbiyyat və İncəsənət, Elm və Texnika Sənədləri arxivlərində, Kürdəmir və Ağsu rayon dövlət arxivlərində mövzu üzrə, Səs Yazıları Arxivində,  ARDA-nın Şirvan filialında və onun tabeliyində olan 4 dəyişən tərkibli rayon dövlət arxivində isə kompleks yoxlamalar aparılmış, nəticələri kollegiya iclasında müzakirə edilmiş, mövcud vəziyyətlə bağlı yerli icra hakimiyyəti orqanları məlumatlandırılmışdır.  Ümumiyyətlə hesabat ilində Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının ilin yekunlarına həsr olunmuş 1 geniş kollegiya iclası və dövlət arxivləri və filialların fəaliyyətlərinin kompleks yoxlanılmasının nəticələrinə və digər məsələlərə həsr olunan 14 kollegiya iclası keçirilmişdir. Bundan başqa dövlət arxivlərindən, ARDA filiallarından daxil olan rüblük məlumatların təhlili aparılmış, nəticələrə uyğun dövlət arxivlərində monitorinqlər keçirilmiş və nəticələr İdarənin, dövlət arxivlərinin rəhbər işçilərinin iştirakı ilə xidməti müşavirələrdə müzakirə olunmuşdur.

 2019-cu ildə arxiv təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstan Milli Arxivi,  Özbəkistan Respublikası Nazirlər Kabineti yanında “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin yekun mətnləri qarşı tərəflərə razılaşdırılmaq üçün göndərilmiş, Bolqarıstan və Qırğızıstanla Saziş yaxud Əməkdaşlıq Memorandumunun layihəsinin hazırlanması istiqamətində işlər davam etdirilir.

2019-cu il üçün Milli Arxiv İdarəsi aparatının büdcə xərcləri 647.332 manat, respublika tabeliyində olan arxiv təşkilatlarının büdcə xərcləri 4.322.629 manat, yerli büdcədən maliyyələşdirilən rayon dövlət arxivlərinin xərcləri isə 794.223 manat olmuşdur.

Büdcə vəsaitlərindən iqtisadi təsnifata uyğun xərclənməsi və bu sahədə hesabatlılıq təmin edilmişdir.

 Azərbaycan Respublikası dövlət arxiv xidməti sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan 6 dövlət arxivi, Dövlət Arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri və bir təsərrüfat hesablı İdarə Sənədlərini Qaydaya Salan Mərkəz daxildir. Dövlət arxiv təşkilatlarının ştat vahidinin sayı bütövlükdə 526-dır. Onlardan  Milli Arxiv İdarəsi və onun strukturuna daxil olmayan tabeliyindəki təşkilatlarda 453 ştat vahidi (bundan 20 ştat vahidi İdarə Sənədlərini Qaydaya Salan Mərkəz, 100 ştat vahidi rayon dövlət arxivləri üzrədir) və Naxçıvan MR Dövlət Arxiv İdarəsində 73 ştat vahidi vardır.

2019-cu  ildə  arxiv   təşkilatlarının qarşısında duran əsas vəzifələrdən biri Milli arxiv fondu sənədlərinin etibarlımühafizəsinin təmin edilməsi olmuşdur. Sənədlərin qorunması məqsədlə dövlət arxivlərində, o cümlədən Naxçıvan Dövlət Arxivində 61 mindən artıq vərəq bərpa edilmiş, 47 mindən artıq iş cildlənmiş, 42 mindən artıq iş qutulaşdırılmışdır. 2019-ci ildə dövlət arxivlərində və filiallarda mühafizə olunan kağız əsaslı və kinofotofono sənədlərin məqsədli şəkildə tam olaraq mövcudluğunun yoxlanılması və fiziki-kimyəvi vəziyyətinin qiymətləndirilməsi təmin edilmiş və nəticələri dövlət arxivlərinin əsas iş qaydalarına uyğun rəsmiləşdirilməsi aparılmışdır.  Hesabat dövründə 7 minə yaxın kinofotofono sənəd konservasiya-profilaktiki cəhətdən xüsusi maddələrlə işlənmişdir,  42 min kağız əsaslı sənədə və 2 minə yaxın fotofono sənədə sığorta fondu yaradılmışdır.

Hesabat ilində Milli arxiv fondu sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotu, onlara elmi-məlumat vasitələrinin yaradılması və onların təkmilləşdirilməsi sahəsində plana uyğun olaraq işlər görülmüşdür. 2019-cu ildə yeni qəbul edilmiş 34 mindən artıq iş və sənədin qanunla müəyyən olunmuş qaydada dövlət uçotu aparılmış, 32 mindən artıq iş və sənədin elmi təsviri aparılmış, tərtib olunan siyahılar müəyyən olunmuş qaydada təsdiq edilmişdir. 61 mindən artıq işin siyahıları təkmilləşdirilmiş, yaxud yenidən işlənmişdir. Dövlət arxivlərinin informasiya-axtarış imkanlarının genişləndirilməsi məqsədilə 17 mindən artıq işə baxılaraq 52 minə yaxın kataloq vərəqi tərtib edilərək sistemləşdirilmişdir. Aparılan kompleks tədbirlərin nəticələrinə uyğun olaraq  dövlət arxivlərinin və filialların ucot göstəricilərinin dürüstləşdirilməsi təmin edilmişdir.

2019-cu ildə tarixi tədqiqatlar üçün qiymətli mənbə olan yeni sənədlərlə Milli arxiv fondunun komplektləşdirilməsi işi davam etdirilmişdir. Hesabat ilində respublikamızın dövlət arxivlərinə, filiallara və rayon dövlət arxivlərinə (Naxçıvan Muxtar Respublikasının dövlət arxivləri istisna olmaqla) idarə, müəssisə, təşkilatlardan (o cümlədən ləğv olunmuş) və vətəndaşlardan 30 mindən artıq kağız əsaslı sənəd, 75 kino, 3800 foto, 379 fono, 505 video sənəd qəbul edilmişdir. Sənədlər Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətindən,Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, Tarif Şurasından, Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-dən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən (Azərtac), İctimai Televiziya və Radio Yayımları Şirkətindən, “Salnaməfilm” studiyasından,Azərbaycan Dövlət Aqrar vəTibb universitetlərindən, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutundan,Azərbaycan Dövlət Akademik Musiqili Teatrından, Bakı Dövlət Sirkindən, yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən və digər təşkilatlardan  müvafiq dövlət arxivlərinə qəbul edilmişdir. Eyni zamanda xalq yazıçısı İsa Hüseynovun, xalq artistləri Fuad Poladovun və Ceyran Haşımovanın, filologiya elmləri doktoru Nizami Cəfərovun və digər görkəmli elm və incəsənət xadimlərinin şəxsi mənşəlisənədləri dövlət mühafizəsinə qəbul edilmişdir.

2020-ci il yanvarın 1-nə respublika dövlət arxivlərindəidarəcilik, elmi-texniki, şəxsi mənşəli, kinofotofono sənədlərdən ibarət  3.7 milyondan artıq saxlama vahidi mühafizə olunur.

Dövlət mühafizəsində olan arxiv sənədlərinin elmi tutumunun artırılması, saxlama müddəti bitmiş və elmi-tarixi, əməli əhəmiyyətə malik olmayan sənədlərin aşkar edilməsi məqsədilə Dövlət Arxivinin Gəncə, Göyçay, Mingəçevir, Şəki və Yevlax filiallarında sənədlərin dəyərinin ekspertizası işləri həyata keçirilmiş, nəticədə 6498 daimi, 1673 şəxsi heyət üzrə işlərin siyahıları yenidən işlənmiş və MEYK-da təsdiq edilmişdir.

Hesabat ilində Azərbaycan Respublikası Milli Arxiv İdarəsi MEYK-dadövlət arxivlərində aparılan tədbirlər nəticəsində yenidən işlənmiş 8171 işin arxiv siyahısına və saxlamalı olmayan sənədlərin aktlarına, işlərin nomenklatur siyahılarına, dövlət arxivlərinin komplektləşmə mənbəyi olan təşkilatların siyahılarına baxılaraq təsdiq edilmişdir.

2019-cu ildə Azərbaycan Respublikası dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının Ekspert yoxlama komissiyalarının (EYK) fəaliyyətinin əsasnaməyə uyğun təşkilinə nəzarət edilmiş, dövlət mühafizəsinə qəbul edilən sənədlərə mükəmməl  elmi-məlumat aparatının yaradılmasına, işlərin düzgün tərtib və təsvir olunmasına xüsusi diqqət verilmişdir. Hesabat dövründə dövlət arxivlərinin və Dövlət Arxivi filiallarının  (Naxçıvan Muxtar Respublikasının dövlət arxivləri istisna olmaqla) EYK-da idarə, müəssisə və təşkilatlardan təqdim edilən, həmçinin arxivin əməkdaşları tərəfindən hazırlanan 57 mindən artıq daimi, 32 mindən artıq şəxsi heyət üzrə işlərin siyahılarına, həmçininarxivin qəbul mənbəyi olan təşkilatlardan təqdim edilənişlərin nomenklatur siyahılarına, arxiv və ekspert komissiyası haqqında əsasnamələrə baxılaraq təsdiq edilmişdir.

Hesabat ilində Respublikamızın dövlət arxivlərinin komplektləşmə mənbəyi olan təşkilatların (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Akademik Filarmoniyası, “Azərbaycan Dəmir Yolları” QSC, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və s.) arxivlərində arxiv işinin təşkili vəziyyətinin öyrənilməsi üçün yoxlama-baxışlar keçirilmiş, nəticələr rəsmiləşdirilərək aidiyyatı qurumların rəhbərliyinə təqdim edilmişdir.

Respublikamızın idarə, müəssisə və təşkilatlarında saxlanılan Milli arxiv fonduna məxsus sənədlərin dövlət mühafizəsinə təhvil verilmək üçün hazırlanması məqsədilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yanında İdarə Sənədlərini Qaydaya Salan Mərkəz tərəfindən idarələrə zəruri köməklik göstərilmiş, idarə və müəssisələrdən daxil olan yazılı müraciətlər əsasında arxiv işinin təşkili, sənədlərin elmi-texniki cəhətdən işlənilərək siyahılarının hazırlanması, elmi-məlumat aparatının yaradılması sahəsində arxiv xidmətlərinin göstərilməsi təmin olunmuşdur. Hesabat ilində Mərkəz tərəfindən 100-dən çox təşkilatın (AR Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s.) sənədləri elmi-texniki cəhətdən qaydaya salınmışdır. Nəticədə 2500-dən artıq daimi saxlama müddətli işin, 3500-dən artıq şəxsi heyət üzrə işin siyahıları hazırlanmış, mövcud qanunvericiliyə əsasən saxlama müddəti başa çatmış 200 mindən çox işin məhv edilməsi barədə aktlar tərtib edilmişdir.

2019-cu ildə respublika dövlət arxivlərinin qarşısında duran mühüm vəzifələrdən biri də Milli arxiv fondu sənədlərinin istifadəsi və nəşrisahəsində fəaliyyətin təşkili olmuşdur. Hesabat ilində respublika və xarici ölkə vətəndaşlarından,  idarə, müəssisə və təşkilatlardan 34 mindən çox sorğu daxil olmuşdur ki, bunların da 27 mindən çoxu müsbət həll edilmişdir. Arxivlər sənədləri əsasında müxtəlif mövzu və məsələlərlə əlaqəli ayrı- ayrı təşkilatlardan daxil olan  30-a yaxın tematik sorğu  məlumat xarakterli məktub və ya tematik siyahı hazırlanaraq cavablandırılmışdır.

Hesabat ilində arxiv sənədlərindən mədəni-maarifçilik məqsədləri üçün də geniş istifadə edilmişdir. Cəmiyyətin kecmişlə bağlı informasiyaya olan tələbi nəzərə alınaraq 15 mövzuda sənəd sərgisi təşkil olunmuşdur, 1 sənədli film-süjet hazırlanaraq İdarənin rəsmi saytında, sosial şəbəkə hesablarında yerləşdirilmişdir.Həmçinin Dövlət Arxivinin filiallarında əlamətdar hadisələrlə  bağlı sərgilərin təşkili təmin edilmişdir. Sumqayıt şəhərinin 70 illiyi ilə əlaqədar olaraq Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən sərgihazırlanmış, həmçinin şəhər nəqliyyatında və monitorlarında nümayiş etdirilmişdir. Müvafiq qurumların əməkdaşları ilə birlikdəDövlət Səs Yazılarıvə Kino-foto Sənədləri arxivlərinin sənədləri əsasında 17 teleradio verilişi hazırlanaraq müxtəlif kanallarda efirə verilmişdir.

Hesabat ilində İdarənin və dövlət arxivlərinin elmi-nəşriyyat fəaliyyəti sahəsindəproqnozlaşdırılan işlərin icrası təmin olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid olan sənədlər əsasında  “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti” (1918-1920)” sənədlər toplusunun hazırlanması üzərində işlərəsasənbaşa çatdırılmış, toplu çapa hazırlanır. “Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyənin inkişafı tarixindən (1918-1920)” sənədlər toplusunun hazırlanması  üzərində işlər (sənədlərin seçimi, arxeoqrafik işlənilməsi başa çatmışdır) davam etdirilir.

Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə töhfə olaraq Milli Arxiv İdarəsinin rəisi Əskər Rəsulovun və rəis müavini Həsən Həsənovun müəllifliyi ilə hazırlanan “Azərbaycan Respublikasında arxiv işi” elmi metodiki vəsait və “İzahlı arxiv terminləri lüğəti” çap olunaraq arxivçilərə və bu sahəyə marağı olan şəxslərin istifadəsinə verilmişdir.

Bundan başqa dövlət arxivlərində saxlanılan qiymətli sənədlər əsasında “1917-1918-ci illərdə Nobel qardaşlarının milliləşdirilmiş müəssisələrinin fəaliyyəti tarixindən”,  “Azərbaycanda səhiyyənin inkişafı tarixindən. 1920-1960-cı illər”, “Dövlət bankı”, “İnqilabaqədərki Bakının əhalisi”, “Oftalmologiya sahəsində geniş xidmətləri olmuş Azərbaycan  alimləri (1955-1980)” və digər mövzularda 15-dən artıq tematik  siyahı hazırlanaraq tədqiqatçıların arxiv sənədlərinə çıxış imkanları genişləndirilmişdir.

Hesabat ilində Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və dövlət arxivlərinin fəaliyyətinin sosial şəbəkələrdə geniş işıqlandırılması məqsədilə  YouTube kanalından istifadəyə başlanılmışdır. Sözügedən YouTube kanalında ilkin olaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinin fəaliyyəti barədə respublikanın müxtəlif televiziya kanalları tərəfindən çəkilmiş verilişlər, müsahibələr və s. yer almışdır. Bununla yanaşı İdarə tərəfindən dövlət arxivlərində mühafizə olunan sənədlər əsasında hazırlanmış sənədli filmlər və bu kimi materiallar kanalda nümayiş etdirilir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” imzaladığı  sərəncamın icrasını təmin etmək məqsədilə  Milli Arxiv İdarəsi tərəfindən  tədbirlər planı hazırlanmışdır. Plana uyğun olaraq İdarə və dövlət arxivləri əməkdaşlarının iştirakı ilə toplantı keçirilmiş, dövlət arxivlərinin materialları əsasında “Həqq mənəm, həqq məndədir, həqq söylərəm...” adlı sənədli film-süjet hazırlanmış və toplantıda nümayiş olunmuş, həmin sənədli film-süjetvə Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanan “Nəsimi Dövlət Səs Yazıları Arxivinin fono və video sənədlərində” adlı sənədli film İdarənin rəsmi sosial şəbəkə hesablarında yerləşdirilmiş,həmçinin Dövlət Səs Yazıları Arxivindəbu mövzuda tematik siyahı da hazırlanmışdır.

Hesabat ilində arxiv sənədləri əsasında müxtəlif mövzularda sənəd xülasələri, fond göstəriciləri işlənilib hazırlanmış,dövri mətbuatda məqalələr dərc olunmuş (“Müasir cəmiyyətin sosial-mədəni inkişafında arxivlərin rolu” /09.06.19/, “Nadir sənədlər xəzinəsi” /28.07.19/, "Arxiv sənədləri unikal informasiyaya malik mədəniyyət sərvətimizdir" /17.11.19/, “Xanəndə, yoxsa neft milyonçusu Mirbabayev” /03.11.19/, “Sürgünə göndərilən və qayıdan xoşbəxtlik” /30.10.2019/ və s.), elektron KİV-ə aktual mövzularla əlaqəli müsahibələr verilmişdir. Məqalələrdə arxivin əhəmiyyətindən danışılaraq onun tarixi keçmişimizlə bağlı həqiqətlərin öyrənilməsi və düzgün elmi nəticələrin əldə edilməsi üçün vacib olan qiymətli sənədlərin saxlandığı xəzinə, elmi-tarixi tədqiqatlar üçün mənbəşünaslıq bazası təşkil edən qiymətli mənbə olduğu göstərilir, tarixən arxivlərin dövlətin öz funksiyalarının həyata keçirilməsi üçün tələb olunan informasiyanın qorunmasına xidmət etdiyi, buna görə də funksional fəaliyyətinə görəarxivlərin həmişə dövlətin nəzarətində olduğu və onun qayğısı altında  fəaliyyət göstərdiyi, arxivlərin nəinki xalqın mədəniyyət sərvətlərinin siyahısına daxil edilən   sənədli materialların qorunmasını həyata keçirdiyini, həm də  tarixin müxtəlif dövrlərində  baş verən hadisə və faktları təsdiq və sübut etmək imkanına malik rəsmi dövlət orqanlarının aktlarının, idarəçilik sənədlərinin, nadir və qiymətli çap əsərlərinin, əlyazmalarının, elmi tədqiqat materiallarının, kino, foto, fono sənədlərin toplandığı əvəzsiz xəzinə olduğu və bu xəzinənin öz zənginliyi ilə dövlətin möhkəmlənməsinə, vətəndaşların hüquq və maraqlarının təmin olunmasına, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət etdiyi  qeyd olunur. Bütövlükdə, hesabat ilində Milli Arxiv İdarəsinin rəhbərliyinin, həmçinin dövlət arxivlərinin əməkdaşları tərəfindən arxiv sənədləri əsasındahazırlanmış80-ə yaxın məqalə müxtəlif rəsmi mətbuat orqanlarında elektron resurslarda, həmçinin idarənin rəsmi saytında dərc edilmişdir.  

Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənt Arxivi tərəfindən görkəmli alim, sənətşünaslıq doktoru Nəsir Rzayevin anadan olmasının 100 illiyi münasibətilə onun müəllifi olduğu “Qayalar danışır” əsəri arxiv sənədləri əsasında tərtib və transliterasiya edilərək nəşr olunmuşdur.

1905.az saytının "Kvartet" layihəsi çərçivəsində təşkil edilən "Bizim Qori" adlı dəyirmi masada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin bir əməkdaşı iştirak etmişdir. 

Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Musiqi alətləri: birlik və müxtəliflik” və YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgilərdə Dövlət Ədəbiyyat və İncəsənət, Kino-fotoSənədləri arxivlərində mühafizə olunan sənədlər dənümayiş olunmuşdur. Sözügedən tədbirdə İdarənin və arxivlərin əməkdaşları da iştirak etmişlər.

Hesabat ilində Milli Arxiv İdarəsinin göstərdiyi elektron xidmətlərin işi daha da yaxşılaşdırılmışdır. Belə ki,  elektron hökümət üzərindən fəaliyyətdə olan 3 xidmət daha da təkmilləşdirilmiş, həmçinin digər informasiya sistemləri üzərində yenilənmələr aparılmışdır. 

Milli Arxiv İdarəsinin təqdim etdiyi dövlət xidmətləri üzrə xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin “ASAN Xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının tətbiqi ilə əlaqədar İdarənin əsas inzibati binasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin, həmçinin onların müraciətlərinin qəbulu üzrə yaradılmış “Bir Pəncərə” Sistemi üzrə  müvafiq hesabat ilində 4287 vətəndaşa şəffaf, nümunəvi arxiv xidməti göstərilmişdir.

İdarənin rəsmi saytı vasitəsilə istifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə elektron xidmətlərin təqdim edilməsi, respublikamızda arxiv işi sahəsində həyata keçirilən tədbirlərin işıqlandırılması, Azərbaycanın tarixi, iqtisadiyyatı, elmi və s. sahələrinə aid arxiv sənədləri əsasında hazırlanmış məqalə və sərgilərin  geniş ictimaiyyətə çatdırılması işi davam etdirilmişdir.

 Elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə vaxtaşırı müvafiq qurumlarla birlikdə zəruri texniki təhlükəsizlik tədbirləri görülmüşdür.

Respublika dövlət arxivləri, dövlət arxivinin filiallarında mühafizə edilən arxiv fondlarının tərkibi, həcmi və əhatə olunduğu dövrlə bağlı  müfəssəl məlumatlardan ibarət, unikal Dövlət informasiya ehtiyatı olan “Elektron Arxiv Məlumat Sistemi (EAMS)” üzrə fond siyahılarının elektron versiyalarının yaradılması, eləcə də “Elektron Arxiv Sistemi (EAS)” formalaşdırılması davam etdirilir. Dövlət Arxivinin Bakı filialında mühafizə edilən arxiv fondlarının elektronlaşdırılması və müvafiq proqram təminatı vasitəsilə sənədlərin elektron surətləri yaradılır. Hesabat ilində 800.000 vərəqdən artıq arxiv sənədi elektron daşıyıcılara köçürülmüşdür.

2019-cu ildə “ASAN Xidmət” Mərkəzlərində fəaliyyət göstərən arxiv bölmələri  tərəfindən 3500-dən çox sorğucavablandırılmışdır.  

Hesabat dövründə “Xüsusilə qiymətli sənədlərin aşkarlanması, uçotu, təsviri və mühafizəsinə dair Təlimat” hazırlanaraq İdarənin Elmi Şurasında təsdiq olunmuş və dövlət arxivlərinin istifadəsinə verilmişdir.“Şəxsi heyət üzrə sənədlərin dəyərinin ekspertizası, siyahılarının tərtibi və dövlət mühafizəsinə qəbulu barədə metodiki tövsiyə” üzərində tamamlanma işləri aparılır. “Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində yerinə yetirilən əsas iş növlərinin vaxt və istehsal normaları”, “Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində yerinə yetirilən əsas iş növlərinin vaxt və istehsal normaları” və “Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivinin əsas iş qaydaları” nın hazırlanması davam etdirilir.

Hesabat  ilindəbeynəlxalq əməkdaşlıq cərcivəsində təcrübə mübadiləsi və ixtisasartırılması məqsədiləəməkdaşlarımızxarici ölkələrə ezam edilmişdir.  İdarənin bir əməkdaşı Qırğızıstanın Bişkek şəhərində MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının növbəti iclasında, digərəməkdaşı isəMoskva şəhərində Beynəlxalq Arxivlər Şurasının Avro-Asiya Regional Şöbəsi (EVRAZİKA) və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) təşkilatçılığı ilə “Rəqəmsal dövrdə arxivlər: problemlər və perspektivlər” mövzusunda beynəlxalq seminarda,  həmçinin “Rəqəmsal dövrdə sənədləşmə: rəqəmsal transformasiyada kargüzarlıq və arxiv işi” mövzusunda keçirilən XXVI beynəlxalq  konfransda iştirak etmişdir.

1990-cı illərdə “Belorusfilm” kinostudiyasına yanan lentdən yanmayan lentə köçürülməsi məqsədilə göndərilən Dövlət Kino-Foto Sənədləri Arxivinə məxsus qiymətli kino sənədlərin ölkəmizə gətirilməsi haqqında Prezident Administrasiyasının göstərişinə əsasən həmin arxivin direktoru 2019-cu ildə  Belorusiyanın Minsk şəhərinə ezam olunmuş və 150 kino sənədin ölkəmizə gətirilməsi təmin edilmişdir.

“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində  Finlandiya Milli Arxivinin Rusiya və keçmiş SSRİ ölkələri ilə əlaqələr şöbəsinin direktoru, Finlandiya tarixinə aid sənədlərin axtarışı və elektronlaşdırılması layihəsinin rəhbəri prof. Dmitriy Frolovun Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəhbərliyi ilə görüşü təşkil olunmuş, Dövlət Tarix Arxivində Finlandiya tarixinə aid sənədlərlə tanış olmuş, həmçinin arxiv işi sahəsində mütəxəssis mübadiləsi proqramı üzrə İdarənin və respublika dövlət Arxivlərinin əməkdaşları üçün müxtəlif  mövzularda mühazirələr təşkil edilmişdir.

2019-cu ildə Azərbaycanın dövlətçilik tarixi ilə bağlı Milli Arxiv İdarəsində müxtəlif tədbirlər həyata keçirilmişdir.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və əvəzsiz xidmətlərindən danışılmış, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, iqtisadiyyatın, elmin, mədəniyyətin və digər sahələrdə inkişafın təmin edilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin xidmətlərinin Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığı qeyd edilmiş, ölkədə arxiv işinin yenidən qurulmasında, təkmilləşdirilməsində ulu öndərin xidmətlərindən danışılmışdır.

 Milli Arxiv İdarəsində20 yanvar  faciəsinin 29-cu ildönümü ərəfəsində “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda  vəXocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilmişdir.Milli Arxiv İdarəsi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında "Qanlı yanvar...Danışır...arxiv sənədləri..." sərlövhəli virtual sərgi hazırlanmışdır. Sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində həyata keçirdikləri qırğınlar və vandalizm aktlarını əks etdirən fotoşəkillərdən bir qismi yer almışdır. 

15 İyun Milli Qurtuluş Günü münasibəti ilə İdarədə “Tarixin şanlı səhifəsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər  Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və inkişafındakı əvəzsiz xidmətlərindən, habelə Heydər Əliyev ideyalarının layiqli davamçısı  Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf edən, modern dövlətə çevrilməsindən danışılmış, daha sonra “Tarixin şanlı səhifəsi” adlı qısametrajlı film-süjet nümayiş etdirilmişdir.

Kadrlarla aparılan işlər, o cümlədən onların ixtisasının artırılması, əmək intizamı, iş şəraitinin yaxşılaşdırılması üzrə işlər 2019-cu ildə də davam etdirilmişdir.

Hesabat ilində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin və ixtisaslarının artırılması məqsədilə modul tipli proqramlar əsasında davamlı olaraq seminar və təlimlər təşkil edilmişdir. Həmçinin, yerlərdə əməkdaşların peşə biliklərinin artırılması məqsədilə arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə seminar-treninqlər  keçirilmişdir. Dövlət Arxivinin komplektləşdirmə mənbəyi olan təşkilatların arxiv əməkdaşları üçün geniş tərkibdə seminar təşkil olunmuşdur.  Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində arxiv işinin səmərəli təşkili məqsədilə “Arxiv işinin təşkili” mövzusunda keçirilən təlimdə İdarənin əməkdaşı təlimçi qismində iştirak etmişdir.

2020-ci ildə 100 ili tamam olan Azərbaycan arxivinin davamlı inkişafını təmin etmək və bu sahənin müasir tələblərə uyğun modernləşdirilməsi üçün “2020-2025-ci illər üçün Azərbaycanda arxiv işinin inkişafına dair Dövlət proqramı” hazırlanmış, müvafiq qurumlarla razılaşdırılmış və hazırda təsdiqi gözlənilir.

Növbəti  ildə dövlət arxiv xidməti təşkilatlarının qarşısında duran başlıca vəzifə Milli arxiv fondu sənədlərinin etibarlı mühafizəsinin, dövlət arxivlərini keyfiyyətli sənədlərlə komplektləşdirməklə xalqın mədəni-tarixi irsi olan Milli arxiv fondunun informasiya potensialının genişləndirilməsinin, ali hakimiyyət və icra orqanlarının, nazirlik, idarə və təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların sənəd informasiyasına olan tələbatlarının təşkil və təmin edilməsindən, İdarənin rəsmi internet saytında virtual sərgilərin təşkilindən, tematik siyahıların hazırlanmasından, fotosənədlərin elektron versiyasının yaradılmasından, habelə arxiv işində informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməklə arxiv sənədlərinin vahid məlumat baza sisteminin və onlardan istifadə üçün müvafiq şəraitin yaradılmasından ibarət olacaqdır.        



Bugün: 156
Dünən: 774
Bu həftə: 5525
Son həftə: 6350
Bu Ay: 18234
Son Ay: 25108
Bu İl: 284384
Ümumi: 1304805
1304805