1. "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi ilə Rusiya Federasiyası Dövlət Arxiv Xidməti arasında əməkdaşlıq haqqında Saziş". Sənəd 27 sentyabr 1995-ci il tarixində Almatı şəhərində imzalanmışdır.
2. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Polşa Respublikası Dövlət Arxivlərinin Baş Direktoru arasında əməkdaşlıq haqqında Saziş". Sənəd 3 iyun 2003-cü il tarixində imzalanmışdır.
3. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Rumıniya Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş". Sənəd 11 oktyabr 2004-cü il tarixində Buxarest şəhərində imzalanmışdır.
4. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxivi arasında əməkdaşlıq haqqında Memorandum". Sənəd 8 iyul 2009-cü il tarixində Bakı şəhərində imzalanmışdır.
5. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Ukraynanın Dövlət Arxivlər Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum". Sənəd 21 may 2010-cu il tarixində Odessa şəhərində imzalanmışdır.
6. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş". Sənəd 12 noyabr 2009-cu il tarixində Minsk şəhərində imzalanmışdır.
7. "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu". Sənəd 10 may 2010-cu il tarixində Bakı şəhərində imzalanmışdır.
8. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş". Sənəd 3 aprel 2017-ci il tarixində Astana şəhərində imzalanmışdır.
9. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş". Sənəd 23 oktyabr 2018-ci il tarixində Bakı şəhərində imzalanmışdır.
10. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Macarıstanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş". Sənəd 22 sentyabr 2021-ci il tarixində Nyu-York şəhərində imzalanmışdır.
11. 20 iyun 2022-ci ildə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının "Özarxiv" Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır.
12. "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu". Sənəd 24 aprel 2024-cü il tarixində Bakı şəhərində imzalanmışdır.
Bugün: | 637 |
Dünən: | 740 |
Bu həftə: | 2889 |
Son həftə: | 6066 |
Bu Ay: | 16785 |
Son Ay: | 28223 |
Bu İl: | 257826 |
Ümumi: | 1278247 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az