· 1996-cı il sentyabr ayında Çinin paytaxtı Pekin şəhərində UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XIII Beynəlxalq Arxiv Konqresi təşkil olunmuşdur. «Arxivlər əsrin sonunda: retrospektivlik və gələcəyə baxış» devizi altında keçirilmiş bu konqresdə ölkəmizi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev təmsil etmişdir.
· 2000-ci il sentyabr ayında İspaniyanın Sevilya şəhərində keçirilən Beynəlxalq Arxiv Şurasının XIV konqresində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Yeni minillik ərəfəsində cəmiyyətin məlumatlandırılmasında arxivlərin rolu» devizi altında keçirilmişdir. Konqres zamanı Baş Assambleyanın iclasları da keçirilmişdir. Səfər zamanı Ukrayna, Belarusiya, Polşa, Çexiya, Slovakiya, Pribaltika respublikaları, Qazaxıstan, Moldova, İran, Hollandiya arxivlərinin rəhbərləri ilə görüşlər keçirilmişdir.
· 2004-cü il avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən UNESCO yanında Beynəlxalq Arxiv Şurasının XV Konqresində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi A. Paşayev iştirak etmişdir. Konqres «Arxivlər, yaddaş və bilik» mövzusuna həsr edilmişdir. Eyni zamanda A.Paşayev üzv olduğumuz Avropa regional bölməsinin iclasında və müşahidəçi kimi EURASİCA regional bölməsinin yığıncağında da yaxından iştirak etimişdir. Rusiya Federasiyası arxivləri avqustun 24-də Rusiya ilə Almaniya arxivləri ilə birlikdə hazırladıqları «Sovet hərbi administrasiyası Almaniyada» sənədləri üzrə xüsusi layihənin təqdimatını keçirtdilər. Avqustun 25-də isə Rusiya və Polşa arxivçilərinin təşəbbüsü ilə keçmiş SSRİ-yə daxil olan respublikalar və sosialist ölkələrinin ləğv olunmuş Kommunist Partiyalarının arxivlərinin taleləri və müasir vəziyyəti mövzusunda dəyirmi masa keçirilmişdi.
· 2008-ci ilin iyun ayında Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev Ankarada keçirilən Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar fondunun himayədarlar şurasının ilkin iclasında iştirak edərək böyük elmi şuranın sədr müavini seçilmişdir.
· 2008-ci ilin noyabr ayında Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev Bakıda keçirilən Türkiyə Tarixi Araşdırmalar fondunun növbəti iclasında iştirak etmişdir.
· 3-7 oktyabr 2009-cu ildə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev Özbəkistan Respublikasının paytaxtı Daşkənddə təşkil olunmuş EVRAZİKA-nın 13-cü Ümumi konfransı və MDB ölkələrinin dövlət arxiv xidmətləri başçılarının Məsləhətçi şurasında iştirak etmişdir. İclasda İdarənin rəhbəri Azərbaycan Respublikasında 2012-ci il ərzində görülən işlər, xüsusilə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyimiz nailiyyətlərdən geniş məlumat vermişdir.
· 05-14 sentyabr 2017-ci il tarixində Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində Malayziyanın Milli Arxiv İdarəsi tərəfindən “Elektron sənədlərin idarə olunması sistemləri: Malayziya Hökumətinin təcrübəsi” mövzusunda beynəlxalq təlim proqramında Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.
· 20-23 noyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Federal Arxiv Agentliyi və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) təşkilatçılığı ilə Moskva şəhərində “Elektron sənədlərin idarə olunmasının aktual problemləri” mövzusunda keçirilmiş XXIV Beynəlxalq Konfransda Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.
· 5-8 noyabr 2019-cu il tarixində Moskva şəhərində Rusiya Federasiyası Federal Arxiv Agentliyi, Beynəlxalq Arxivlər Şurasının Avro-Asiya Regional Şöbəsi (EVRAZİKA) və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) təşkilatçılığı ilə “Rəqəmsal dövrdə arxivlər: problemlər və perspektivlər” mövzusunda seminar və “Rəqəmsal dövrdə sənədləşmə: rəqəmsal transformasiyada kargüzarlıq və arxiv işi” mövzusunda XXVI Beynəlxalq Konfrans təşkil edilmişdir. Adıçəkilən tədbirlərdə Milli Arxiv İdarəsini İdarənin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva təmsil etmişdir.
· 28 avqust 2020-ci il tarixində Özbəkistan Respublikasının Arxiv Agentliyi “Uzarxiv” tərəfindən “Müstəqil Özbəkistan arxivləri: nailiyyətlər və problemlər” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir (videokonfrans formatında).
· 10 dekabr 2020-ci il tarixində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 16-cı yığıncağı keçirilmişdir. Yığıncaqda Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov iştirak etmişdir (videokonfrans formatında).
· 21-23 iyun 2021-ci il tarixində Qazaxıstan Respublikası Prezidenti Arxivinin, Əl-Fərabi adına Qazax Milli Universitetinin və Rusiya Dövlət Humanitar Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin IV Yay Məktəbi təşkil edilmişdir. Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.
· 28 oktyabr 2021-ci il tarixində Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД), Rusiya Dövlət humanitar Universitetinin təşkilatçılığı ilə Moskva şəhərində videokonfrans formatında keçirilmiş tədbirdə Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov təmsil etmişdir.
· 10 dekabr 2021-ci ildə MDB-yə üzv ölkələrin arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 17-cı iclası keçirilmişdir. İclasda Milli Arxiv İdarəsin rəisi Əsgər Rəsulov iştirak etmişdir (videokonfrans formatında).
· 15-17 iyun 2022-ci il tarixində Qazaxıstan Respublikası Prezidenti Arxivinin, Əl-Fərabi adına Qazax Milli Universitetinin və Rusiya Dövlət Humanitar Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin V Yay Məktəbi təşkil edilmişdir. Milli Arxiv İdarəsini İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin aparıcı məsləhətçisi R.Əliyeva və Təşkilat-metodika və beynəlxalq əlaqələr sektorunun məsləhətçisi G.Eminova təmsil etmişdirlər.
· 5 iyul 2022-ci il UNESCO-nun təşkilatçılığı ilə İİCAS tərəfindən “İpək yolunun sənəd irsi” adlı vebinar keçirilmişdir. Milli Arxiv İdarəsini Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əlaqələr sektorunun müdiri G.Ağayarova təmsil etmişdir.
· 12-13 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Şimal-qərbi federal dairəsinin şəxsi mənşəli sənədlərlə iş üzrə təşkilati-metodiki mərkəzi, Sankt-Peterburq Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi və Rusiya İncəsənət Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə Şəxsi fondlarda olan təsviri sənədlərlə iş: Onların komplektləşdirilməsi, mühafizəsi, elmi təsviri və istifadəsinin əsasları“ mövzusunda beynəlxalq elmi-praktiki seminarda S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və incəsənət arxivinin direktoru K.Nəsibova iştirak etmişdir.
· 27 fevral 2023-cü il tarixində Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) təşkilatçılığı ilə 2022-ci il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələrinə həsr olunmuş beynəlxalq konfransda Milli Arxiv İdarəsini şöbə müdirləri C.Abasova, C.Cavadov, N.Eminov, R.Əliyeva və sektor müdiri G.Ağayarova təmsil etmişdirlər (videokonfrans formatında).
· 29 fevral 2024-cü tarixində Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД), Rusiya Dövlət Humanitar Universitetinin təşkilatçılığı ilə Moskva şəhərində keçirilmiş beynəlxalq konfransda Milli Arxiv İdarəsinin şöbə müdirləri C.Abasova, N.Eminov, R.Əliyeva və sektor müdiri G.Ağayarova təmsil etmişdirlər (videokonfrans formatında).
Bugün: | 190 |
Dünən: | 853 |
Bu həftə: | 4809 |
Son həftə: | 5462 |
Bu Ay: | 16936 |
Son Ay: | 26618 |
Bu İl: | 43554 |
Ümumi: | 1356138 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az