Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“AZƏRTAC” Dövlət İnformasiya Agentliyi tərəfindən 9529 saxlama vahidi fotosənəd daimi mühafizə məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir

       Təhvil verilən fotosənədlərin məzmununu torpaqlarımızın işğaldan azad olunması, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti–quruculuq işləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020–2021-ci illərdə keçirdiyi görüşləri, KİV nümayəndələrinə verdiyi müsahibələr, rəsmi qəbulları, tədbirlərdə iştirakı, ölkə daxilinə və xarici ölkələrə işgüzar və rəsmi səfərləri və s. təşkil edir.

       Qəbul edilmiş sənədlər içərisində 44 günlük Vətən Müharibəsi iştirakçıları olan qəhrəman hərbçilərimizin şücaətini, həmçinin aidiyyəti dövlət qurumlarının fəaliyyətiniİ əks etdirən  fotosənədlər də yer almışdır. 


Bugün: 85
Dünən: 1308
Bu həftə: 85
Son həftə: 7846
Bu Ay: 19501
Son Ay: 26944
Bu İl: 93666
Ümumi: 1406250
1406250