14 İyun 2023 11:04 XƏBƏRLƏR Baxış sayı : 647
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 13 iyun 2023-cü il tarixində baş tutan təlimdə “Qadınlar, sülh, təhlükəsizlik və məcburi köçkün qadınlar”, “Qadınların vəziyyətinin yaxşılaşdırılması üçün milli mexanizm”, “Milli insan hüquqları institutu” problemləri üzrə təlim keçirilmişdir.
Adıçəkilən təlimdə dövlət orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak etmişdir. Milli Arxiv İdarəsini tədbirdə Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova təmsil etmişdir.
Təlimdə qadınların ictimai-siyasi həyatda iştirakı, təhsil, məşğulluq, səhiyyə, iqtisadi və sosial imtiyazlar, kənd qadınları, nikah və ailə münasibətləri mövzusu ətrafında, o cümlədən gələcəkdə qeyd olunan məsələlərin həlli istiqamətində mövcud imkanlardan istifadə olunmasının yolları barədə fikir mübadiləsi aparılmışdır.
Təlimin sonunda genderazerbaijan.com internet portalının təqdimat mərasimi keçirilmiş, seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Bugün: | 631 |
Dünən: | 914 |
Bu həftə: | 4783 |
Son həftə: | 6066 |
Bu Ay: | 18679 |
Son Ay: | 28223 |
Bu İl: | 259720 |
Ümumi: | 1280141 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az