Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Heydər Əliyev İli” çərçivəsində Dövlət Arxivinin Şəki filialında ağacəkmə aksiyası keçirilmişdir

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il  29 sentyabr tarixli, 3494 nömrəli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq silsilə xarakterli tədbirlərin həyta keçirilməsi davam etdirilir.

           Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivləri tərəfindən müvafiq tədbirlər, o cümlədən ağacəkmə aksiyaları keçirilməkdədir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək üçün Dövlət Arxivinin Şəki filialında növbəti tədbir həyata keçirilmişdir. Dövlət Arxivi Şəki filialının rəhbərliyi və kollektivi tərəfindən filialın həyətində yeni həmişəyaşıl ağaclar əkilmiş, mövcud ağaclara aqrotexniki qulluq göstərilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. 

 


Bugün: 926
Dünən: 914
Bu həftə: 5078
Son həftə: 6066
Bu Ay: 18974
Son Ay: 28223
Bu İl: 260015
Ümumi: 1280436
1280436